Kateqoriyasız

“Tour d’Azerbaijan-2016”: İlk günün qalibi Almaniya təmsilçisi oldu (YENİLƏNİB)

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaijan-2016” veloyürüşünə start verilib.

İdmanxeber.com-un məlumatına görə, 19 ölkədən 21 komanda saat 10:30-da Bayraq Meydanından hərəkətə başlayaraq Sumqayıta doğru istiqamət alıb. Birinci mərhələdə iştirakçılar 154 km məsafə qət edib.

I mərhələnin qalibi Almaniyanın “Bora-Arqon 18” komandasının üzvü Fil Bauas olub. Avstriyanın “Team Illuminate” komandasının üzvü Skott Sanderlend ikinci, “NASR-Dubai”nin üzvü Luka Vakkermann isə üçüncü yeri tutub. “Synergy Baku”nun üzvlərindən ən yaxşı göstəriciyə beşinci yeri tutan Ioannis Tamouridis imza atıb.

Qeyd edək ki, yarışda ötən il analoji yarışın qalibi olan, ölkəmizi beynəlxalq veloyürüşlərdə uğurla təmsil edən “Synergy Baku”yla yanaşı, Pro Kontinental komandalardan “Rusvelo” (Rusiya), “Drapac” (Avstriya), “Bora-Arqon 18” (Almaniya), “Novo Nordisk” (ABŞ), “Roth” (İsveçrə) “Southeast” (İtaliya), Kontinental komandalardan “Alpha Baltic” (Latviya), “Astana City” 1(Qazaxıstan), “Bridgestone Anchor” (Yaponiya), “Cycling Academy Team” (İsrail), “Massi” (Küveyt), “Dukla Banska” (Slovakiya), “Nasr-Dubai” (BƏƏ), “Felbermayr” (Avstriya), “İlluminate” (ABŞ), “Sauerland” (Almaniya), “Tavira” (Portuqaliya), “Terrengganu” (Malayziya), “Unieuro” (İtaliya) və Estoniya yığması mübarizə aparır.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43