İdman

“Tour d’Azerbaijan-2016”: ilk yürüşün qalibi olan idmançı hər şeydən razı qaldı (AÇIQLAMA)

“Yürüşə yaxşı başladıq. Komandamız üzərinə düşəni işi gördü. Liderimiz öhdəliyini yerinə yetirdi. Komandamızın 2 üzvü də mənə çox yardım etdi. Ümumilikdə, yarışın yaxşı keçdiyini söyləyə bilərəm”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Tour d`Azerbaijan”ın ilk mərhələsinin qalibi, Almaniyanın “Bora-Arqon 18” komandasının üzvü Fil Bauas deyib.

O qeyd edib ki, bu, peşəkar karyerası ərzində ilk qələbəsidir: “Bu mənim peşəkar səviyyədə ilk qələbəmdir. Qalib gəlmək hər zaman xoşdur. Çalışacağam ki, bundan sonra da inamlı çıxışımı davam etdirim. Amma sabahkı gün dağ mərhələsidir. Bu isə sprienterlər üçün əlverişli deyil. Son mərhələ sprinterlər üçün yaxşıdır”.

Hava şəraitindən heç bir narazılığı olmadığını qeyd edən Bauas Azərbaycan haqda müsbət fikirlər səsləndirib: “Çox gözəl ölkəniz var. Birinci dəfədir ki, Azərbaycandayam. Buranı çox bəyəndim. Təşkilatçılıq yüksək səviyyədədir. Eləcə də çoxlu sayda azarkeşlərin turu izləməsi müsbət haldır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43