Ölkə futbolu

Tovuz şəhər stadionu yenidən işıqlanacaq

“Turan Tovuz”un ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunun işıq dirəkləri yenilənir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, artıq yeni dirəklər stadiona gətirilib və yaxın günlərdə onların quraşdırilmasına başlanılacaq. Stadionun işıqlandırma sistemi yeni mövsümün startına kimi tam həllini tapacaq və “Turan Tovuz” ev oyunlarını axşam saatlarında keçirə biləcək.

Xatırladaq ki, ötən mövsüm Azərbaycan Premyer Liqasının 18-ci turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” (3:1) görüşü güclü külək səbəbilə aşan işıq dirəyinə görə yarımçıq dayandırılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43