20 Sentyabr 2024
Ölkə futbolu

Tovuz şəhər stadionundakı işıq dirəyləri yenilənir? – açıqlama

Tovuz şəhər stadionunda mövsümün ilk yarısının sonuncu oyununda – “Araz Naxçıvan”la görüşdə işıq dirəyinin aşması müzakirələrə səbəb olmuşdu. Məlum hadisədən sonra stadiondakı işıq dirəyləri ilə bağlı son durumun nə yerdə olduğunu bilmək üçün Tovuz klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq.

O, arenadakı dirəylərin yenilənib-yenilənməyəcə ilə bağlı İdmanxeber.az saytına bunları dedi:

“Satdiondakı işıq dirəylərinə baxış keçiriləcək. Bundan sonra mütəxəssislərin verəcəyi qərara uyğun klub rəhbərliyi addım atacaq”.

Xatırladaq ki, cari mövsüm qurlaşdırılan işıqlandırma sisteminin ardından “Turan Tovuz” ev oyunlarını axşam satlarına keçirirdi.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43