Ölkə futbolu

Tovuz şəhər stadionunun süni örtüyünə 2 ulduz – FOTO

Tovuz şəhər stadionunun AFFA tərəfindən quraşdırılmış süni örtüyünə yüksək sertifikat olan 2 ulduzun alınması məqsədilə FİFA-ya müraciət olunmuşdu. Beynəlxalq futbol qurumu bu müraciəti cavablandırıb.

FIFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2014-cü il noyabrın 5-dək 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib. Bu, ölkəmizdə paytaxtdan kənarda yerləşən stadionun süni ot örtüyünə verilmiş ilk yüksək sertifikatdır.

Qeyd edək ki, Tovuz şəhər stadionunun süni ot örtüyü Topaz Premyer Liqasında çıxış edən klublarda uşaq futbolu üçün UEFA-nın ayırdığı vəsait və AFFA-nın maliyyəsi hesabına quraşdırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43