Kateqoriyasız

Tovuz və Gəncə futbolsevərləri üçün şad xəbər – AFFA “okey” verdi

Azərbaycan Premyer Liqasında yeni mövsümdən minimum 10 komanda çıxış edəcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, AFFA Premyer Liqada komanda sayını azı 10-a çatdırmaqla artan narazılığın qarşısını almağı düşünür. Məhz bu baxımdan da, AFFA I divizion təmsilçiləri “Turan Tovuz” və “Kəpəz”ə növbəti mövsümdə PL-də oynayacağına dair söz verib. Artıq həm Tovuzda, həm də Gəncədə növbəti mövsümün hazırlıqlarına qismən də olsa başlanılıb. Hər iki klubu AFFA özü maliyyələşdirəcək.

Bundan başqa, hazırda Premyer Liqada çıxış edən “Səbail”i də başqa bir bölgə klubunun əvəzləməsi gözlənilə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43