Kateqoriyasız

Tovuz və Gəncə azarkeşlərinin hegemonluğu – FAKT

Misli Premyer Liqasında 10-cu turun oyunlarını izləmiş azarkeş sayı məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, ən yüksək göstərici Tovuzda qeydə alınıb. “Turan Tovuz”un öz meydanında məhsuldar heç-heçə etdiyi (2:2) “Səbail”lə matçını 4000 tamaşaçı tribunadan izləyib.

İkinci ən yaxşı göstərici də qərb klubuna aiddi. “Kəpəz”in öz meydanında məğlub olduğu “Neftçi” ilə görüşünü 3000 tamaşaçı izləyib.

Ümumilikdə bu turu 10500 tamaşaçı stadionlardan izləyib.

“Turan Tovuz” – “Səbail” – 4000 tamaşaçı

“Kəpəz” – “Neftçi” – 3000 tamaşaçı

“Sabah” – “Zirə” – 1500 tamaşaçı

“Şamaxı” – “Qəbələ” – 1200 tamaşaçı

“Qarabağ” – “Sumqayıt” – 800 tamaşaçı

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43