Kateqoriyasız

Tovuzdakı akademiya FIFA-dan maliyyələşəcək – 3 il müddətinə

“Turan Tovuz” Futbol Klubunun nəzdində inşa olunmuş akademiyanın növbəti 3 ildə FIFA-nın maliyyəsi ilə fəaliyyət göstərəcək.

Bu barədə AFFA məlumat yayıb. Bildirilir ki, akademiyanın saxlanılması üçün 1 illik 400 000.00 AZN vəsait tələb olunur. Bununla əlaqədar AFFA tərəfindən FIFA-ya müraciət ünvanlanıb. Layihə FIFA tərəfindən müsbət dəyərləndirilib.

Növbəti 3 il ərzində “Turan Tovuz” Futbol Klubunun nəzdindəki akademiya FIFA-nın ayırdığı vəsait hesabına maliyyələşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43