Dünya futbolu

TPL-nı bu tur neçə azarkeş izləyib ?

Topaz Premyer Liqasında 12-ci  turunda qeydə alınan azarkeş sayı bəlli olub.

 “ASK Arena”da “Keşlə” ilə “Qəbələ” (1:2) arasında baş tutan turun ilk görüşünü stadionda 500 nəfər izləyib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Sabah” matçında (1:1) 700, “Bayıl Arena”da reallaşan “Səbail” – “Neftçi” görüşündə (0:2) 1500, “Dalğa Arena”dakı “Zirə” – “Sumqayıt” oyununda (3:1) isə 200 azarkeş qeydə alınıb.

Beləliklə, 11-ci turda 2900 azarkeş qeydə alınıb. Bu da hər oyuna 725 fanat deməkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43