Kateqoriyasız

“Trabzonspor” azərbaycanlı futbolçunu transfer etmək istəyir

Türkiyənin “Trabzonspor” klubu “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadəni transfer etmək istəyir.

İdmanxeber.az 61saat.com-a istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi 18 yaşlı yarımmüdafiəçini izləyir. Məlumata görə, “bordo-mavililər” gənc oyunçunu transfer etməyə qərar verib. “Trabzonspor”un Səbuhi üçün “Sumqayıt”la danışıqlar apardığı bildirilir.

U-21 millisinin üzvü “Sumqayıt”da bu mövsüm 11 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43