Kateqoriyasız

“Trabzonspor” Mahir Emrelini transfer etmək istəyir

İspaniya klublarının maraq dairəsində olan Mahir Emreli ilə Türkiyənin “Trabzonspor” klubu da yaxından maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyə mətbuatı xəbər yayıb. Aleksandr Sörlotu transfer edən trabzonlular ön xətdəki rəqabəti artırmaq üçün Emrelini də heyətə qatmaqda maraqlıdı. Hətta Qaradəniz təmsilçisinin Ağdam klubuna rəsmi təklif göndərdiyi də bildirilir.

Qeyd edək ki, “Estremadura”, “Malaqa” və “Almeriya” da Mahir Emrelini istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43