Dünyadan

“Trabzonspor” rəsmən açıqladı: – Ramil Şeydayev gedir

Türkiyənin “Trabzonspor” klubu millimizin üzvü Ramil Şeydayevi icarəyə verəcək.  

İdmanxeber.com-un məlumatına görə, bu barədə məlumatı Qara dəniz təmsilçisinin prezidenti Muharrem Usta verib. O bildirib ki, gənc hücumçu yaxın günlərdə icarəyə veriləcək. Klub prezidenti Şeydayevin hansı kluba icarəyə veriləcəyini açıqlamayıb.

Qeyd edək ki, Ramil Şeydayev yayda Rusiyanın “Zenit” klubundan “Trabzonspor”a transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43