Dünya futbolu

“Trabzonspor” serbiyalı futbolçu transfer edir

ÇSKA klubunun yarımmüdafiəçisi Zoran Toşiç “Trabzonspor”a keçə bilər.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, “Trabzonspor” klubunun skautu Rusiya Premyer Liqasının 17-ci turunda futbolçunun oyununu izləmək üçün ÇSKA – “Ural” (4:0) matçında iştirak edib. Sözügedən matçda 90 dəqiqə mübarizə aparan Toşiç bir qol ötürməsi ilə yadda qalıb.

Xatırladaq ki, bir müddət öncə ÇSKA 29 yaşlı futbolçuya əmək haqqını azaldaraq, müqavilə təklif etmişdi. Lakin serbiyalı futbolçu bu müqaviləni hələ ki imzalamayıb.

Qeyd edək ki, cari mövsüm Rusiya Premyer Liqasında 14 oyun keçirən futbolçu 1 qol vurub və 3 qol ötürməsi ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43