Dünya futbolu

“Trabzonspor” təcrübəli belçikalını transfer etdi

“Trabzonspor” Tomas Menyeni transfer etdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Qaradəniz təmsilçisi belçikalı oyunçuyla 1.5 illik müqavilə imzalayıb. 

Menye son olaraq “Borussiya”da (Dortmund) çıxış edib. O, bu mövsüm cəmi 9 oyunda meydanda olub.

32 yaşlı oyunçu Belçika millisində 62 oyuna çıxıb və 8 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43