16 Sentyabr 2024
Dünya futbolu

“Trabzonspor”da 2 oyunçu heyətdən kənarlaşdırılıb

”Trabzonspor”da 2 oyunçu heyətdən uzaqlaşdırılıb.

İdmanxeber.az-ın məlumatına görə, Qaradəniz təmsilçisində Abdülkadir Ömür və Umut Bozok əsas komandadan ayrı məşq edəcək.

Klubun öz yetirməsi olan Abdülkadir 2016-ci ildən bəri “Trabzonspor”un əsas komandasında çıxış edir. O, bu mövsüm 17 oyuna çıxıb və 6 məhsuldar ötürmə edib.

Umut Bozok isə 2022-ci ilin yayından komandaya qoşulub. 27 yaşlı fotvard bu mövsüm cəmi 4 oyunda meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43