Dünyadan

“Trabzonspor”da yeni futbolçu

Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” heyətini yeni oyunçu ilə gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, Trabzon təmsilçisi “Akhisar”ın hücumçusu Huqo Rodalleqanı transfer edib. Onunla 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, H.Rodalleqa yeni klubunda bu mövsüm 800 min avro, növbəti 2 mövsüm  1 milyon 600 min avro qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43