Dünya futbolu

“Trabzonspor”un forvardı Nigeriya millisinə çağrılıb

Afrika Millətlər Kubokunun başlamağına az qalmış Nigeriya Sadiq Umarı itirib.

İdmanxeber.az-ın məlumatına görə, onun əvəzinə milliyə “Trabzonspor”un forvardı Pol Onuaçu çağrılıb.

Qaradəniz təmsilçisinə bu mövsüm transfer olan 29 yaşlı hücumçu 16 oyunda 9 qol vurub. O, Nigeriya millisində isə 19 oyunda meydanda olub, 3 dəfə fərqlənməyi bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43