Ölkə futbolu

“Trabzonspor”un rəsmisi: “Şeydayevi dəstəkləmək lazımdır”

“Trabzonspor” klubunun prezident yardımçısı Nevzat Aydın yeni transferləri Ramil Şeydayevi dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, klub rəsmisi sosial şəbəkə hesabından bunları yazıb:

“Ramil Şeydayev çox gənc və böyük talanta malik futbolçudur. Ümid edirəm ki bizə faydalı olar. Onu dəstəkləmək lazımdır. Skautlarımız uzun zamandır ki onu izləyirlər. Rusiyanın U-21 futbolçusudur”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43