Ölkə futbolu

“Traktor Sazi” məğlub oldu

Təbrizin “Traktor Sazi” ötən gün İran çempionatında növbəti oyununu keçirib.

Komanda 10-cu tur çərçivəsində səfərdə “Damaş”ın qonağı olub.

Təbriz təmsilçisi nə qədər çalışsa da, qol vura bilməyib və 75-ci dəqiqədə buraxdığı yeganə qolla səfərdən əliboş qayıdıb.

Xatırladaq ki, “Traktor Sazi” 10 turdan sonra 16 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43