Dünya futbolu

“Traktor Sazi”də yeni baş məşqçi

Təbrizin “Traktorsazi” klubu yeni məşqçisinin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı qurdlar”ı bundan sonra Yahya Qolmohammadi çalışdıracaq. Bu barədə məlumatı klubun saytı yayıb.

Qolmohammadi azərbaycanlıların çoxluq təşkil etdiyi Ərdəbildə dünyaya gəlib. Futbolçu olduğu zaman müdafiəçi olan 46 yaşlı mütəxəssis, baş məşqçi kimi “Persepolis”, “Zob Ahan”, “Neft Tehran” kimi komandaları çalışdırıb. O, “Zob Ahan”ın “sükanı arxasında” iki dəfə İran kubokunu qazanıb, bir dəfə isə ölkə superkubokuna yiyələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43