Kateqoriyasız

“Traktorsazi” Çempionlar Liqasına darmadağınla start verdi (VİDEO)

Asiya Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

İdmanxeber.com-un məlumatına görə, C qrupunda mübarizə aparan Cənubi Azərbaycanın  “Traktorsazi” klubu ilk oyunda doğma meydanda BƏƏ-nin “Əl-Cəzirə”si ilə qarşılaşıb.Oyun Təbriz klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Asiya Çempionlar Liqası

C qrupu

“Traktorsazi” – “Əl-Cəzirə” – 4:0

Qollar: Bəxtiyar Rahmni, 4  (1:0), Şoja Xəlilzadə, 10 (2:0), Mehdi Şarifi, 54 (3:0), Bəxtiyar Rahmani, 59 (4:0)

“Traktorsazi” növbəti matçını martın 2-i səfərdə “Əl-Cəzirə”yə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43