Dünya futbolu

“Traktor”un prezidenti də istefa verdi: “Təbriz klubunu sevmirlər, nəticələrə təsir göstərirlər”

Cənubi Azərbaycanın “Traktor” klubunun prezidenti Qulamreza Sadeqian istefa verib.

İdmanxeber.az-ın məlumatına görə, komandanın uğursuz çıxışlarından sonra klub başçısı postundan getmək qərarına gəlib.

Sadeqian istefası ilə bağlı bunları deyib: “Futboldankənar bəzi insanlar “Traktor”un uğurlarını istəmirlər. Onlar Təbriz komandasının önünü kəsərək, oyunların nəticələrinə təsir göstəriblər”.

Qeyd edək ki, “Traktor” bir neçə gün bundan öncə baş məşqçisi Mustafa Dənizli ilə də yollarını ayırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43