16 Sentyabr 2024
Kateqoriyasız

TRANSFER: “Betis”in sabiq futbolçusu rəsmən “Neftçi”də (FOTO)

Hazırlığını Avstriyada davam etdirən "Neftçi" transfer çalışmalarını dacam etdirir.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu ispaniyalı futbolçu Xuan Alberto Mellini transfer edib. 

Müdafiəçi komandada 5 nömrəli formanı geyinəcək. "Neftçi" oyunçu ilə 1+1 illik müqavilə imzalayıb. Xuan Alberto Melli karyerası ərzində "Real Betis", "Tenerife", "Gent", "Şerif", "Erqotelis" və "Simurq" klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43