16 Sentyabr 2024
Dünya futbolu

Traore İtaliyaya geri dönür

“Napoli” Hamed Traore transferini bitirməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi bu gün Neapolda olacaq. “Napoli” oyunçunu mövsümün sonuna qədər icarə əsasında heyətinə qatacaq.

Traore ötən ilin yayında 25 milyon avroya “Sassuolo”dan “Bornmut”a keçib. O, İngiltərə klubunda cəmi 6 oyuna çıxa bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43