Kateqoriyasız

Trapp: “Əgər “Qarabağ”a iki-üç qol vursaq…”

“Düzdü, bizi orada nə gözlədiyini heç kim bilə bilməz. Amma “Qarabağ”la oyunu səbirsizliklə gözləyirik. Biz sübut etməliyik ki, doğru yolda olan yaxşı komandayıq. “Qarabağ”ı Bakıda məğlub etmək əla olardı”.

Bu sözləri Almaniyanın “Ayntraxt”klubunun qapıçısı Kevin Trapp deyib.

Avropa Liqasının avqustun 22-də Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyunu öncəsi açıqlama veən Frankfurt klubunun qapıçısı Ağdam komandasını asanlıqla məğlub edəcəklərinə ümid bəsləyir: “Əgər rəqibimizə orada iki-üç qol vursaq, hər şey qaydasına düşəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43