Kateqoriyasız

TRİM-in Gəncə filialından daha bir yenilik – FOTOLAR

Filialın AFFA tərəfindən salınan süni örtüklü meydançasında hazırlıq prosesini “Kəpəz” futbol klubunun təcrübəli qapıçıları Xəyal Zeynalov və Tariyel Hüseynov keçib. Təhsil Respublika İdman Mərkəzinin Gəncə Filialının məşqçi müəllimləri təlimə 15 müxtəlif yaşlı qapıçıları dəvət edib. Gənc məşqçilər ilk məşq günü əsasən idmançılarla tanış olub, ardınca isə yungül məşqlərlə kifayətləniblər.

Mərkəzin direktoru Xəyal Hacıyev bu kimi məşqlərin keçirilməsini çox yüksək qiymətləndirib və bundan sonra da qapıçılarla məşqlərin keçirilməsində əlindən gələn köməyi əsirgəməyəcəyini bildirib. Böyüməkdə olan gənclərin təcrübəli qapıçıların bilik və bacarığına yiyələnməsi üçün belə məşqlərin mütamadi olaraq təşkil olunması nəzərdə tutulub.






İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43