Ölkə futbolu

Tura sözardı: Hacıyevə “təbrik”, Zaqataladakı “oyun”, türk çalışdırıcların müəmmalı fikirləri – TƏHLİL

Premyer Liqanın 31 -ci turu geridə qaldı. Turun 5 oyunundan bir neçəsinin nəticələri olduqca maraqlı  alınıb…




                                                    Baş işlətmək lazımdı…

Turun açılış matçı paytaxt derbisinə səhnə oldu. Hərçənd Premyer Liqada çıxış edən 10 klubdan 6-sının paytaxtı təmsil etdiyini nəzərə alsaq, az qala hər tur derbi olacaq anlamına gəlir. Lakin tutduqları yer və göstərdikləri oyunla “Bakı” və “İnter” klublarının dueli həqiqətən maraqlı alındı. Bu oyunda 3 xalı qazanan tərəf avrokuboklara getmək şansını demək olar ki, həll edə bilərdi. Baxmayaraq ki, “Bakı” ilk “üçlük”də qərarlaşan komandalardan geri qalır… Dördüncü yerin də avrokuboklara getmək üçün əla fürsət olması, bu yerə də iddianı artırıb. Ancaq Pantiçin yetirmələri “bankirlər” önündə vaxt keçirdi desək yanılmarıq. Sxadadzenin taktiki gedişləri və ən əsası da komandasını oyuna yüksək motivasiyada kökləməsi sonucda nəticənin xeyirlərinə olması ilə nəticələndi. Sxadadzenin necə məşqçi olması bir daha isbatını tapdı. Elə son “Qəbələ” səfərində də böyükhesablı qələbə ağıllı oyunla qazanılmışdı. “Zolaqlılar”da isə Rauf Əlıiyev yoxluğu əməlli başlı sezilir. Yəni bir futbolçunun olmaması Pantiçin komandasına bu qədər tə\sir edir?

Matçın ən maraqlı anı isə “Bakı”nın legioneri Ettonun baş hakim Rəhim Həsənova kəllə vurması idi. Yəqin ki, serb mütəxəssi oyunçularına tam başa sala bilməyib ki, oyun zamanı baş işlətmək vurmaq anlamına gəlmir…

                                                      Qurban olsun kuboka…


“Rəvan”ın baş məşqçisi Güvənç Kurtar kubok matçına görə, yavaş-yavaş xalları paylamaqla məşğuldu. Türkiyəli mütəxəssis “Neftçi” ilə səfər matçında sərfıli nəticədən sonra həftəiçi cavab görüşünü nəzər alıb, əsas heyətin bir neçə üzvünə istirahət verdi ki, nəticəsi də turnir cədvəlinin son pilləsinə yuvarlanmaq oldu. İndi Kurtar kimdən xal almaq mümkün olacaq, onun yollarını axtarır. Vay o günə ki, “Rəvan” finala çıxa, o zaman mövsümün geridə qalan bütün oyunları qurban veriləcək və beləliklə “Rəvan” son pillədə mövsümü “Kurtar”acaq.

“Qəbələ”nin baş məşqçisi Yuris Syomin isə yaxşı anlayır ki, kubokun finalına adalasalar da (halbu ki, bu realdı) “Neftçi”yə məğlub olacaqları təqdirdə avrokuboklar yenə onlar üçün xəyal olacaq qalacaq. Ona görə də, əyalət klubu azı dördüncü yeri özünə təmin etməklə, kubokda alınacaq yenilgini “telafi” etmək niyyətindədir. Buna görə də, Syomin Kurtardan fərqli heç bir güqzəştə getmədən, əsas heyət üzvlərini “Rəvan”la oyunda meydana buraxdı. 

 

                                                        Ad günü “təbriki”


“Neftçi”nin “Sumqayıt”a məğlub olmasını heç bir azarkeş gözləmirdi. Ən azından paytaxt klubunun fasilədən sonra Sumqayıtda məğlub olaraq, çempionluq yarışından qopmasının ardından rəqibindən revanş alacağı gözlənilirdi. Bundan əlavə, Böyükağa Hacıyevin ad gününü qeyd etdiyi gündə “Neftçi” üzvlərinin çalışdırıcını belə “təbrik” etməsi gözlənilmirdi. Açığı bu oyun haqda yazılası qeyri-adi heç nə yoxdu. Çünki Bu tur “TOPAZ”ın Premyer Liqasında gözlənilməz nəticə bircə bu matçda qeydə alınmadı…

                                                         Zaqatalada “oyun” (?)

“Simurq”un hələm-hələm kimsəyə öz evində rahatlıqla məğlub olmasını kimsə görməyib. Təbii ki, “İnter” xaric… Ancaq lider “Qarabağ”ın Zaqatalada büdrəyəcəyi gözlənilirdisə, uduzacağı inandırıcı deyildi. Hər halda vurulan qola diqqətlə baxılsa “Simurq”un azı 4-5 futbolçusunu çempionatda ən az qol buraxan, ən etibarlı müdafiə xəttinə malik Ağdam təmsilçisindən kimsə tutmamışdı və ya tutmaq istəməmişdi. OLa bilər ki, baş qarışıq olub, gözdən yayınıb… Lakin bu Zaqatala klubunun qələbəsinə kölgə salmaq anlamına gəlmir. Çünki onları onların meydanında qeyd etdiyim kimi asanlıqla məğlub etmək, buralarda olanlar üçün deyil. 

                                                       

                                                   Hocam, yapma yaaa…


Lənkəranda yenə meydan sahiblərinin qələbəsi ilə bağlı səs-sorağ gəlmədi. “Gəmiçilər”in AZAL-la oyunda qələbə qazanacağı gözlənilsə də, bu baş tutmadı. “Xəzər Lənkəran” haqqında çox şey yazmaq olar: bura yox vəziyyətinə gəlmiş psixoloji durum, özünə inamsızlıq və s… Lakin bu da əsas sayılmamalıdı. Ən azından aldığın maaşa, azarkeşlərə görə oynamaq lazımdı.

AZAL-a baş məşqçi təyin olunduğu gündən qələbə üzü görməyən Tərlan Əhmədov üçün Lənkəranda qazanılan bir xal üçə bərabərdi. Hər halda çalışdırıcının matçdan sonra bir xala sevinməsi çox şeydən xəbər verir…


Səxavət QURBANOV

                                                        


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43