Dünya futbolu

Tural Qürbətov Türkiyə klubunda

Tural Qürbətovun “Kəpəz”dən ayrılması barədə məlumatı diqqətinizə çatdırmışdıq.

İdmanxeber.com-un məlumatına görə, gənc hücumçunun yeni klubu da artıq müəyyənləşib. 24 yaşlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək.

Qürbətov qardaş ölkənin BAL Liqasında mübarizə aparan “Samsun Atakum Bələdiyəspor” klubu ilə razılıq əldə edib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43