Ölkə futbolu

Tural Rzayev: “Psixoloji hazırlığımız yerindədir”

Azərbaycan Premyer Liqasının XVI turunda “Kəpəz” Bakıda “Zirə” ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, səfər oyunu öncəsi “sarı-göylər”in futbolçusu Tural Rzayev klubun saytına açıqlama verib: “Çempionatın ikinci hissəsinə uğursuz start verməyimiz bizi məyus etdi. Çünki qış fasiləsində yaxşı hazırlıq keçmişdik. Təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunmuşdu və bunun bərhəsini də ilk oyunda görmək istəyirdik. Amma gözlənilməz şəkildə uduzduq. Düşünmürəm ki, “İnter” önündə alınan böyükhesablı məğlubiyyət qarşıdakı matça mənfi təsir etsin. Əksinə, “Zirə”yə qarşı matçda uğurlu nəticəyə daha da köklənmişik. Məğlubiyyəti qələbə ilə unutdurmaq olar. Hamı da məsuliyyəti dərk edir. Bu oyunun bizim üçün nə qədər vacib olduğunu yaxşı başa düşürük. Meydana qalib gəlmək üçün çıxacağıq. Psixoloji hazırlığımız yerindədir. Razıyam ki, uduzmaq əhval-ruhiyyəni korlayır. Amma son qarşılaşmadan dərs götürmüşük, məşqçilər korpusu da bizi motivasiya edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43