Dünya futbolu

Türam “Genqam”la razılığa gəldi

“Genqam” “Soşo”nun forvardı Markus Türamla razılığa gəlib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Genqam”ın rəsmi saytı məlumat yayıb. Yaxın günlərdə Fransa gənclər millisinin üzvü tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.

Ötən mövsüm 19 yaşlı Markus 23 oyunda meydana çıxaraq 1 qol vurmuşdu. Bundan başqa o, Koreyada keçirilən dünya çempionatında da 1 dəfə fərqlənə bilmişdi.

Xatırladaq ki, Markus əfsanəvi futbolçu Lilian Türamın oğludur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43