20 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz” Antalyada təlim-məşq toplanışına start verdi – FOTOLAR

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə Türkiyəyə yollanan “Turan Tovuz” Antalyada təlim-məşq toplanışına start verib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda sözügedən şəhərdə ilk məşqinə çıxıb.

Qeyd edək ki, yanvarın 17-dək Antalyada hazırlığını davam etdirəcək Tovuz təmsilçisi ilk yoxlama oyununa 9 yanvar tarixində çıxacaq. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq.

Komanda yanvarın 15-də isə Macarıstanın “Şiofok”u,  Özbəkistan yüksək liqa klubu “Nasaf”la qarşılaşacaq.

 

 

 

 

 

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43