Ölkə futbolu

“Turan Tovuz” azarkeşlərindən baş hakimə sərt etiraz – VİDEO

Azərbaycan Premyer Liqası 32-cu turu çərçivəsində “Turan Tovuz” səfərdə “Neftçi”nin qonağı olub. Görüş “ağ-qaralar”ın qələbəsi ilə başa çatıb – 3:0.

Qarşılaşmanın ikinci yarısında görüşdə insident yaranıb. Belə ki, matçın baş hakimi Rəvan Həmzəzadənin qərarları qonaqları özündən çıxarıb.

Referinin oyunun 63-cü dəqiqəsində Bruno Qonçalvesə birbaşa qırmızı vərəqə verməsi Tovuz tərəfdarlarını razı salmayıb.

Onlar ədalət təmsilçisinə sərt təpki göstərib. Qəzəbli azarkeşlər hətta futbolçuların da meydanı tərk etməsini tələb edib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43