Kateqoriyasız

“Turan Tovuz” bu gün ölkə xaricinə yollanır

2022/2023 mövsümünün hazırlıqlarını davam etdirən “Turan Tovuz” təlim-məşq toplanışının növbəti mərhələsi üçün Gürcüstana yollanacaq.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ayxan Abbasovun komandası bu gün qonşu ölkənin paytaxtı Tbilisiyə yola düşəcək. Tovuz klubu “Zedazeni” otelində məşkunlaşacaq.

İyulun 30-a dək davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi haqda məlumat verilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43