Ölkə futbolu

“Turan Tovuz” daha bir futbolçu ilə müqavilə bağladı

“Turan Tovuz” klubu futbolçusu Xəyal Nəcəfovla yeni müqavilə imzalayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son iki mövsümü Tovuz təmsilçisinin heyətində keçirən yarımmüdafiəçi ilə 2+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu “Turan Tovuz”un heyətində Premyer Liqada 57 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43