Ölkə futbolu

“Turan Tovuz” heç-heçə etdi, “Araz Naxçıvan” qələbəni əldən verdi – YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Araz-Naxçıvan” “Səbail”lə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə sona çatıb.

İkinci matçda “Sumqayıt” “Turan Tovuz”un qonağı olub. “Kimyaçılar” hesabda 2:0 önə keçsə də, ev sahibi komanda meydandan 1 xalla ayrıla bilib – 2:2.

Bu nəticənin ardından “Gənclik şəhəri” təmsilçisi 23 xalla 3-cü, meydan sahibləri 16 xalla 7-ci yerdədir.

Azərbaycan Premyer Liqası

XV tur

16:00. “Araz-Naxçıvan” – “Səbail” 1:1

Qol: Kadiri Mohammed, 18 (1:0), Numan Kurdiç, 90+3-avtoqol (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Namiq Əliyev
“Dalğa Arena”

18:30 “Turan Tovuz” – “Sumqayıt” 2:2

Qol: Elvin Bədəlov, 6 (0:1), Roi Kehat, 35 (0:2), Luis Paçu, 49 (1:2), Otto Con, 54 (2:2)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Tovuz şəhər stadionu

Qeyd edək ki, turun digər matçları 3-4 dekabrda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43