Kateqoriyasız

“Turan Tovuz” iki oyunçu ilə anlaşdı

I Divizionda çıxış edən “Turan Tovuz” komandası heyətini gücləndirib

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Tovuz təmsilçisi ötən mövsüm karyeralarını Türkiyədə davam etdirən  Səbayıl Bağırovla Orxan Lalayevi rənglərinə bağlayıb. Komanda hər iki futbolçu ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Səbayıl Bağırov “Turan” komandasının I divizionda çempion olduğu 2016-2017 ci il mövsümündəki heyətində yer alıb.  Orxan Lalayev isə 2014-2015-ci ildə AZAL-da forma geyinib.

Oyunçuların son iş yeri isə Türkiyə olub. Səbayıl Bağırov ötən mövsüm Bal Liqasında  “Diyarbakır Yolspor”da, Orxan Lalayev isə “Silosi Spor”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43