20 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz” kapitanı ilə müqavilə uzatdı

“Turan Tovuz” klubu müdafiəçi Şəhriyar Əliyevlə müqavilə müddətini uzadıb.

İdmabxeber.az Qərb bölgəsi təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə “1+1” illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, komandanın kapitanlarından olan Ş.Əliyev tovuzluların heyətinə 2022-ci ildə qoşulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43