30 Sentyabr 2023
Ölkə futbolu

“Neftçi” uduzdu, “Səbail”dən əzmkar qələbə – YENİLƏNİB

Misli Premyer Liqasında XXXIII turun daha iki oyunu keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçında “Neftçi” “Turan Tovuz”un qonağı olub.

Tovuz təmsilçisi oyunda böyükhesablı qələbə qazanıb – 4:0. Bu qalibiyyətin ardından bölgə təmsilçisi 35 xalla 6-cı, “ağ-qaralar” isə 61 xalla 3-cü pillədə qərarlaşıb.

Digər oyunda isə “Sumqayıt” və “Səbail” münasibətlərə aydınlıq gətirəcəklər. “Gənclik şəhəri” təmsilçisi 28 xalla 8-ci, “dənizçilər” 22 xalla sonuncu-10-cu sıradadır.

7 may (bazar)

15:00. “Turan Tovuz” – “Neftçi” 4:0

Qol: Runi Eva, 16, Roderik Miller, 21, Runi Eva, 44, 61
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz şəhər stadionu

“Sumqayıt” – “Səbail” 1:3
Qollar:
 Todor 35 – Lyuyiç 70, 73, Mazurek 89

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
“Kapital Bank Arena”

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Sabah” “Kəpəz”i, “Zirə” “Şamaxı”nı üç cavabsız qolla üstələyib. XXXIII tura mayın 8-də baş tutacaq “Qarabağ” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43