Ölkə futbolu

“Turan Tovuz” Qazaxıstan klubuna qarşı

Antalyada təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün sonuncu yoxlama matçına çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisi Qazaxıstanın 1-ci divizionunda mübarizə aparan “Jetisu” ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, ilk sınaq matçında Rumıniya “Petrolul”una uduzan (2:3) “Turan Tovuz” ikinci oyununda İsveçrənin “Aarau” klubunu üstələyib- 1:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43