Ölkə futbolu

“Turan Tovuz” rusiyalı oyunçu transfer etdi – RƏSMİ

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmməti məlumat yayıb. Vaxtilə Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyan qapıçı İvan Konovalov ilə 1+1 illik müqavilə bağlanılıb.

Moskva “Spartak”ının yetirməsi olan qolkiper Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.

Qeyd edək ki, “Turan Tovuz” daha əvvəl Tural Bayramlını sıralarına qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43