Ölkə futbolu

“Turan Tovuz” “Sumqayıt”a məğlub oldu – YENİLƏNB

Bu gün Misli Premyer Liqasında XXVIII tura start verilib.

Günün yeganə matçında “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edib.

Beş qolun qeydə alındığı oyunda qonaqlar qələbə qazanıb -3:2. Bu nəticənin ardından “kimyaçılar” xallarının sayını 24-ə çatdıraraq 7-ci pilləyə yüksəlib.

“Turan Tovuz” 28 xalla 6-cı sırada yer alır.

Misli Premyer Liqası

XXVIII tur
31 mart (cümə)

15:30. “Turan Tovuz” – “Sumqayıt” 2:3

Qollar: Natan Oduva, 7 (1:0), Kamran Əliyev, 11 (1:1), Runi Eva, 33 (2:1), Dieqo Karioka, 58-pen.(2:2), Kamran Əliyev, 68 (2:3)

Qırmızı: Vüqar Mustafayev 90+3 (“Sumqayıt”)
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu

Qeyd edək ki, aprelin 1-də “Kəpəz” – “Səbail” və “Zirə” – “Neftçi”, aprelin 2-də isə “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” görüşləri keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43