Kateqoriyasız

“Qarabağ” və “Zirə”dən qələbə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha 2 oyunu keçirilib.

İdmanxəbər.az-ın məlumatına görə, günün ilk matçında “Turan Tovuz” “Zirə”ni qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə sona çatıb.

Turun mərkəzi oyununda isə “Qarabağ” “Azersun Arena”da “Neftçi” ilə qarşılaşıb. Azərbaycan derbisində Ağdam klubu 3:1 hesabı ilə qalib gəlib.Qar

Azərbaycan Premyer Liqası

VIII tur

1 oktyabr (şənbə)

15:30. “Turan Tovuz” – “Zirə” 1:3
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ceyhun Haşımov
Tovuz şəhər stadionu.

18:00. “Qarabağ” – “Neftçi” 3:1

Qollar: Eddi İsrafilov, 24 (0:1), Kadi Borqes, 56 (1:1), Abdullah Zubir, 67 (2:1), Ovusu Kvabena, 73  (3:1)
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena”.

Qeyd edək ki, turun açılış oyununda “Qəbələ” səfərdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 2-də oynanılacaq “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” matçları ilə yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43