28 Yanvar 2023
Ölkə futbolu

“Turan Tovuz”da Abbasov – Nəbiyev qarşıdurması: Müdaxilə etdi, gərginlik yarandı

Son 11 Premyer Liqa matçının yalnız birində qələbə qazanan “Turan Tovuz”da daxili ab-hava heç də yaxşı deyil. Vəziyyətin arzuolunmaz hala gəlib çıxmasında isə məşqçi – klub rəsmisi arasındakı gərginlik bildirilir.

İdmanxeber.az-a daxil olan məlumata görə, Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasovla klubun icraçı-direktoru Nadir Nəbiyev arasında xoşagəlməz olay baş verib. Belə ki, “Sumqayıt”la 12-ci turun matçından sonra qalib gələn komanda üzvlərini sevindirmək istəyən Nəbiyev futbolçulara “premya” vədi verib. Səlahiyyətlərini aşan Nəbiyevin bu davranışı Ayxan Abbasovun xoşuna gəlməyib. Abbasov komandayla bağlı qərarlara heç kimin müdaxilə etməməsini, işinə qarışılmamasını, onsuz da futbolçalara bu matça görə “premya” veriləcəyini bildirib.

“Mən sizin işinizə qarışmıram, siz də mənim işimə qarışmayın” – deyən Abbasovla Nəbiyev arasında soyuqluq yaranıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

2013-ün “Qəbələ”li 13 məqamı

admin

“Rəvan”ın yeni baş məşqçisi kim olacaq? – AÇIQLAMA

admin

“Qəbələ” AZAL-ı məğlub etdi, “Qarabağ” “Zirə” ilə sülh bağladı

admin