16 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”dan “Adana Demirspor”a 3 qol

Yeni mövsümə Türkiyədə hazırlaşan “Turan Tovuz” təlim-məşq toplanışî çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv Superliqa təmsilçisi “Adana Demirspor”la qarşılaşıb. 6 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 3:3. Tovuz klubunun qollarını Veysəl Rzayəv və Aleks Souza vurub. Digər qol isə avtoqol olub.

Qeyd edək ki, “Turan Tovuz” ilk sınaq matçında da “Pendikspor”la heç-heçə etmişdi – 0:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43