22 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”dan bu yayın ilk transferi – ÖZƏL

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Tovuz klubu Abdulla Rzayevlə anlaşıb. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar müsbət nəticələnib.

Müdafiəçi növbəti mövsümdən icarə əsasında “Turan Tovuz”da çıxış edəcək. 

Xatırladaq ki, U-21 millimizin üzvü ötən mövsümü icarə əsasında “Araz Naxçıvan”da keçirib. O, müqavilə ilə “Sabah” klubuna məxsusdu. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43