Ölkə futbolu

“Turan Tovuz”la “Qaradağ Lökbatan” 1/8 finala yüksəldi

Azərbaycan Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

İdmanxeber.com zəbər verir ki, Azərbaycan I Divizionunda hazırda lider olan “Turan Tovuz” “Bakılı”nı  böyük hesabla (4-0) məğlub edərək, adını 1/8 final mərhələsinə yazdırdı. “Turan Tovuz” bu mərhələdə Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə”ni qəbul edəcək. 


1/16 final mərhələsinin digər görüşü Şəmkirdə reallaşdı. Şəhərin eyniadlı komandasını 2-1 hesabı ilə məğlub edən “Qaradağ Lökbatan” 1/8 final mərhələsində “İnter”in qonağı olacaq.

Azərbaycan Kuboku
1/16 final

12 oktyabr

“Turan Tovuz” – “Bakılı” – 4:0 (1:0)

Qollar: Rəhman Musayev, 27 (1:0). Rəhman Musayev, 61 (2:0). Rəhman Musayev, 68 (3:0). Tuqay Alhüseynli, 71 (4:0).

“Şəmkir” – “Qaradağ Lökbatan” – 1:2 (1:1)

Qollar: Rüfət Məmmədov, 42 (0:1). Şahin Baleljae, 45 (1:1). Bəxtiyar Soltanov, 90 (1:2).

Qeyd edək ki, “Turan Tovuz” 1/8 finalda “Zirə”, “Qaradağ Lökbatan” isə “İnter”lə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43