Kateqoriyasız

“Turan Tovuz”un futbolçuları məktəblilərlə görüşdü – Şəkillər

Bu gün “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov, akademiyanın koordinatoru Rasim Əliyev, əsas komandanın futbolçuları Kamal Bayramov, Cavid Tağıyev, Piruzi Marakvelidze, Natan Oduva və Ayxan Hüseynov Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin qonağı olublar.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonunun ən qabaqcıl və müasir məktəblərindən olan Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin direktoru Nüsrət Quliyev, müəllim və şagird heyəti  komandanı yüksək səviyyədə qəbul edib.

Sinif otaqlarını, məktəbdəki şəraitlə tanış olduqdan sonra, şagirdlərlə futbolçular arasında mini oyun keçirilib. Şagirdlərin əl işləri maraqla qarşılanıb. Daha sonra akt zalında görüş təşkil edilib. Məktəbin direktoru Nüsrət Quliyev komandanı salamlayaraq uğurlar arzu edib. Baş məşqçi Ayxan Abbasov, futbolçular yüksək qonaqpərvərliyə görə məktəb rəhbərliyinə, müəlim və şagird heyətinə  təşəkkürlərini bildiriblər, komanda haqda ətraflı məlumat veriblər.

Sual-cavab hissəsindən sonra N.Quliyevə  klubun artibutları təqdim edilib. Məktəbin nümunəvi və əlaçı şagirdlərindən olan Nigar Qasımova əl işini, çəkdiyi rəsmi Ayxan Abbasova hədiyyə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43