16 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”un futbolçusu komanda yoldaşını vurduğu üçün cəzalandı

AFFA İntizam Komitəsi “Turan Tovuz”un futbolçuları Budaq Nəsirov və Elxan Qasımovu 4 oyunluq cəzalandırıb.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna hər iki oyunçunun əvəzedici komandanın heyətində “Səbail-2” ilə matçda təcavüzkar davranışa yol vermələri səbəb səbəb olub.

Onlar komanda yoldaşlarını vurduqları üçün bu cəzaya məruz qalıblar. Bölgə təmsilçisi hər futbolçuya görə 300 manat ödəməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43