Kateqoriyasız

“Turan Tovuz”un futbolçusu millidə

“Turan Tovuz” klubunun futbolçusu Roderik Miller Panama millisinə dəvət alıb.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçi 11-18 iyunda KONKAKAF Millətlər Liqasındakı oyunlarda, daha sonra isə KONKAKAF “Gold Cup 2023″də yığmanın sərəncamında olacaq.

Qeyd edək ki, Roderik Miller Panama millisində 30 oyun keçirib və 1 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43