Dünya futbolu

“Turan Tovuz”un legioneri Uruqvaya qarşı oynadı

Amerika Kuboku ilk turunun oyunlarında “Turan Tovuz”un legionerinin çıxış etdiyi Roderik Miller Panama millisi ilə növbəti görüşünə çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda Uruqvay yığması ilə üz-üzə gəlib. Matç Panama komandasının məğlubiyyəti ilə başa çatıb – 1:3.

Meydana start heyətində çıxan Miller sona qədər oynayıb.

Panama 2-ci turda yarışa ev sahibliyi edən  ABŞ-la qarşılaşacaq. Oyun iyunun 28-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43